ABŞ-nin keçmiş prezidenti Donald Tramp barəsindəki ittihamlara görə 91,6 milyon dollar girov ödəməli olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Trampı məhkəməyə verən yazıçı Elizabet Karrollun şikayəti təmin olunduğu halda bu məbləğ ona kompensasiya kimi ödəniləcək. Amma Tramp qalib gələrsə, pulu özünə qaytarılacaq.
Xatırladaq ki, yazıçı Elizabet Karroll Trampı zorlama və böhtanda ittiham etmişdi.