Yunan mətbuatının son təhlillərində Qərbin anti-Rusiya siyasətinin Türkiyəni super gücə çevirdiyi bildirilir.
Publika.az xəbər verir ki, Yunanıstan KİV-ləri bir daha Türkiyənin müdafiə sənayesində əldə etdiyi irəliləyişlər barədə xəbərlər yayıb.
Yunanıstanın aparıcı xəbər saytlarından biri olan “News Break” yazıb ki, Qərbin Rusiyaya qarşı düşmənçiliyi Türkiyəni fövqəlgücə çevirib: “Xüsusən də müdafiə sənayesində Türkiyə əsas gücə çevrilib”.
Pentaqonun 2024-cü ildə təhvil veriləcək 116 min döyüşə hazır artilleriya mərmisi Türkiyə şirkətindən aldığı, başqa bir türk şirkətinin isə Texasda fabrik inşa etdiyi xatırladılıb.
Bildirilib ki, 2025-ci ilə qədər Amerika istehsalı olan 155 mm-lik top mərmilərinin təxminən 30 faizi burada istehsal olunacaq.
Roza Şəfiyeva