FİFA 2023 - cü ilin ən yaxşı futbolçusu nominasiyası üzrə səsvermənin nəticələrini açıqlayıb.
Publika.az xəbər verir ki, ötən ilin ən yaxşısı seçilən Lionel Messinin namizədlər arasında kimə səs verdiyi məlum olub. Argentina millisinin kapitanı “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı birinci, PSJ-nin hücumçusu Kilian Mbappeni ikinci, “Mançester Siti”dən Julian Alvaresi üçüncü yerə layiq görüb.
Xatırlayaq ki, Messi və Haaland eyni sayda xal toplayıblar, lakin Leo milli komandaların kapitanlarının daha çox səs toplaması sayəsində mükafata sahib çıxıb.
Heybət