Fransa millisinin sabiq hücumçusu Cibril Sisse vergi fırıldaqlarında ittiham olunur.
QÜTB.AZ xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Keçmiş futbolçu vergi fırıldaqlarında, korporativ aktivlərdən sui-istifadədə və mühasibat hesabatlarında qeyri-dəqiqlikdə ittiham olunur. Bastia məhkəməsi sentyabrın 13-də işə baxacaq. Prokurorluq Sisse üçün şərti bir il həbs və 100 min avro cərimə tələb edir.
Cibrel 2021-ci ildə karyerasını bitirib. O, “Oser”, “Liverpul”, “Marsel”, “Sanderlend”, “Panatinaykos”, “Latsio”, “Kvins Park Reyncers”, “Əl-Qarafa”, və “Bastiya” kimi klublarda çıxış edib. Hücumçu Fransa millisində də 41 oyunda 9 qola imza atıb.
Qutb