Fuad Poladovun anım günü
İngiltərədə universitetlərdə təhsil haqları 2026-cı ildən başlayaraq hər il inflyasiyaya uyğun şəkildə artırılacaq.
Qutb.az xəbər verir ki, bu barədə hökumət açıqlama verib.
Təhsil naziri Bridet Fillipson parlamentdə çıxışı zamanı bildirib ki, növbəti iki il üçün artım təsdiqlənib və gələcəkdə bu artımın hər il avtomatik baş verməsini təmin edəcək qanunvericilik hazırlanır.
Hazırda İngiltərədə universitetlərin illik təhsil haqqı təxminən 9 min 535 funt-sterlinq təşkil edir. Bu məbləğ son on ildən artıq müddətdə ilk dəfə ötən il artırılıb. 2026-cı ildə universitet haqlarının təxminən 400 funt artacağı və 9 min 900 funt-sterlinqdən çox olacağı gözlənilir.