Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın toyudur.
Publika.az Baku.ws-ə istinadən xəbər verir ki, toy Gəncə şəhərindəki məkanlardan birində keçirilir.
Qeyd edək ki, ötən ilin dekabrında Sevil və Talış cütlüyünün nikah mərasimi olub.
Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran sinif yoldaşıdır.
Xatırladaq ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.