Ermənistanda siyasi həyat yoxdur, fəlakət içində yaşayırıq.
Publika.az xəbər verir ki, bunu “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib.
“Biz şəxsiyyətimizi itirmişik. Ermənistanda siyasət varmı ki, siyasi həyat olsun? Görmürsünüz parlamentin tribunası necə olub? General-leytenant döyüləndə bu siyasi həyatdır? Bu, xuliqanlıqdır. Polis rəisi nümayişçiyə "köpək" deyəndə ölkə rəhbəri deyir: asfaltı yalamalısan, bordürü yeməlisən - bu siyasi həyatdırmı?” deyə, Baqrat Qalstanyan vurğulayıb.
Cəmilə