Döyüş meydanında vəziyyəti dəyişmək üçün ölkəyə daha çox xarici yardım lazımdır, amma reallıqda buna yalnız möcüzə kömək edə bilər.
QÜTB.AZ xəbər verir ki, bu fikri ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skot Ritter “Denni Hayfonq” "YouTube" kanalında bildirib.
“Ukrayna uduzur. O, daha çox silaha ehtiyacı olduğuna inanır”, - ekspert qeyd edib.
Ritterin sözlərinə görə, ukraynalılar arasında hərbi əməliyyatlara dəstək son dərəcə aşağıdır, ona görə də Kiyev yalnız xarici investisiyalara arxalana bilər.
Rusiya isə hesab edir ki, Ukraynaya silah tədarükü münaqişənin həllini çətinləşdirir, NATO ölkələrini birbaşa cəlb edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz növbəsində qeyd edib ki, Rusiya Ukraynaya istənilən silah tədarükünü qanuni məqsəd hesab edir.
Adəm Abbaslı