“Səbail”də növbəti ayrılıq baş verib.
Publika.az xəbər verir ki, keniyalı futbolçu Ayub Masika paytaxt klubundan ayrılıb.
32 yaşlı hücumçu bu barədə özünün “Instagram” səhifəsində paylaşım edib. Afrikalı forvard komanda ilə vidalaşıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayından “Səbail”də çıxış edən Ayub Masika “dənizçilər”in heyətində 16 rəsmi oyunda meydana çıxıb.