29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

44 milyon avroluq müqavilənin reallaşması sual altına düşdü

27 avq 2024 05:00
DÜNYA
ads

Polşa Rusiyanın Ukraynaya hücumlarına cavab vermək və Kiyevə kömək əli uzatmaq üçün hərbi sursat ehtiyatlarını gücləndirməyə çalışır. Lakin Cənubi Afrikadakı fabrikə verilən sursat sifarişi onların Moskvaya qarşı yönələcəyindən qorxan Pretoriya Adi Silahlara Nəzarət Komitəsi tərəfindən bloklanıb.

QÜTB.AZ xəbər verir ki, Polşanın sifariş etdiyi minlərlə 155 mm ölçülü mərmilərin Varşavaya heç vaxt çatmayacağı bildirilir. Almaniyanın “Rheinmetall” şirkətinin Cənubi Afrikada yerləşən və sifarişi yerinə yetirməli olan fabriki bir ildən çoxdur ki, fəaliyyətini dayandırıb. Beləliklə, 44 milyon avro dəyərində müqavilənin reallaşması sual altındadır. Sifarişi qeyri-müəyyən müddətə dayandıran qurum bununla bağlı heç bir açıqlama verməyib. Vəziyyət isə onu deməyə əsas verir ki, Rusiyanın müttəfiqi olan Cənubi Afrika ResQutb.azsı həmin silah-sursatın Moskvanın düşmənlərinin əlinə keçməsindən qorxur.

Cənubi Afrika müqaviləsi dayandırılandan sonra Varşava hərbi sursat istehsalını sürətləndirmək üçün əsas silah fabriki ilə 2,5 milyard avro dəyərində müqavilə bağlayıb. Müharibə başlayandan bəri Polşada illik mərmi istehsalı iki dəfədən çox artıb və Varşava indi 2029-cu ilədək ildə 100 min istehsal gücünə ümid edir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur