Kapital Bank 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib
Ukrayna lideri Volodimir Zelenski ABŞ-ın maliyyə naziri Skott Bessent ilə görüşdə nadir torpaq metalları ilə bağlı sazişi müzakirə edərkən “çox qəzəbli” olub və tərəflər arasında münaqişə yaranıb.
Qutb.az xəbər verir ki, bu barədə fevralın 23-də Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Ukrayna lideri razılaşmanı müzakirə edərkən Bessentə qışqırıb. Belə ki, Vaşinqton Kiyevə dəstək üçün xərclənən pulu geri qaytarmaq üçün Ukraynanın nadir torpaq metallarına və ölkənin ən mühüm minerallarına olan hüquqların 50%-ni tələb edir.
Zelenski Bessentin ABŞ-la mədənçilik sahəsində “tərəfdaşlığın” Ukraynanın təhlükəsizliyini gücləndirəcəyinə dair iddiasını da rədd edib.