16.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

AFFA "bəzəkli strategiya"ya görə xarici şirkətə nə qədər ödəyib?

16 yan 2025 16:00
İDMAN
ads

AFFA ötən həftə İnkişaf Strategiyasının ilkin layihəsini açıqladı. Bu məsələ təbii olaraq Azərbaycan futbolunda gündəmə çevrildi.

Mütəxəssislər və media strategiya ilə bağlı fikirlərini, təhlillərini təqdim etdilər. Razı olanlar da oldu, narazı qalanlar da.

QÜTB.AZ AFFA-nın sifarişi ilə Belçika şirkətləri “Double Pass” və “McKinsey & Company” tərəfindən hazırlan strategiya ilə bağlı mühüm məlumat əldə edib. Assosiasiya layihənin hazırlanması üçün sözügedən şirkətlərə 2,5 milyon dollar, təqribən 4,25 milyon manat ödəyib.

İnformasiyanı dəqiqləşdirmək və AFFA-nın mövqeyini öyrənmək üçün qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. Assosiasiya sözçüsünün cavabı belə oldu:

“Bu tamamilə səhv məlumatdır. Deyilən rəqəm həddən artıq böyük, şişirdilmiş məbləğdir. Konfedensial olduğu üçün hər iki tərəf müqavilənin şərtlərini açıqlaya bilməz. Amma bir daha təkrar edirəm, dediyiniz məbləğ həqiqəti əks etdirmir”.

Qutb

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur