28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Fransada parlament seçkilərilə bağlı ilkin sorğuların nəticələri açıqlandı

13 iyn 2024 00:00
GÜNDƏM
ads
Advertisement

Fransada növbədənkənar parlament seçkiləri ilə bağlı ilk iki sosial sorğu keçirilib. Sorğuların nəticələrinə görə Milli Birlik partiyası parlament seçkilərində də səs çoxluğu əldə edəcək.

Publika.az xəbər verir ki, “Harris Interactive” və “Opinionway” institutlarının apardığı sosial sorğuların nəticəsinə görə, Milli Birlik partiyası iyunun 30-da və iyulun 7-də parlament seçkilərində 33-34 faiz səs çoxluğu toplayacaq. Bu, iki il əvvəlkindən 15 bal çoxdur.

Challenges, M6 və RTL-in sifarişi ilə aparılan ilk sorğuda Milli Birlik partiyasının 34 faiz, birləşmiş solçuların 22 faiz, makronçuların 19 faiz və Respublikaçıların 9 faiz səs toplayacağı hesab edilir.

“Harris Interactive”ə görə Milli Birlik partiyası səslərin nisbi əksəriyyətini, yəni Milli Assambleyada indiki 89 yerə qarşı 235-265 yerə yiyələnəcək. Bu gün Milli Assambleyada 249 yerə yiyələnən makronçular isə 125-150 yerə, “Nupes” qrupu indiki 153 yerə qarşı 115-145, Respublikaçılar bugünkü 74 yerə qarşı 40-55 yerə yiyələnə bilər.

CNews, Europe 1 və Le Journal du Dimanche üçün “Opinionway”in apardığı sorğularda Milli Birlik partiyası 33 faiz, “Nupes” 23 faiz, makronçular isə 18 faiz səs toplayıblar.

Sorğuda iştirak edənlərin 61 faizi Emmanuel Makronun aşağı palatanın buraxılması təşəbbüsünü bəyəndiyini, 38 faizi isə əleyhinə olduğunu bildirib.

“Harris Interactive” sorğusu Milli Assambleyanın buraxılması elan edildikdən sonra iyunun 9 və 10-da yaşı 18 və daha yuxarı olan Fransa əhalisi arasında 2340-ı seçici siyahısında qeydə alınmış 2744 nəfər arasında aparılıb. Səhv marjası 1 və 2,3 bal arasındadır.

“Opinionway”in sorğusu iyunun 10-da kvota üsulu ilə Fransa əhalisini 18 və daha yuxarı yaşda olan 1095-i seçici siyahısında qeydə alınmış 1153 nəfər arasında onlayn rejimdə aparılıb. Səhv marjası 1,4 ilə 3,1 bal arasındadır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur