2 uşaq dəm qazından zəhərləndi
ABŞ prezidenti Donald Tramp Nyu-York meri seçkiləri ərəfəsində qalmaqallı açıqlama verib.
Qutb.az xəbər verir ki, o, "Truth Social" sosial şəbəkəsində yazıb:
“Zöhran Mamdani kimi inadkar və özünü yəhudi əleyhdarı adlandıran birinə səs verən hər bir yəhudi axmaqdır.”
Qeyd edək ki, hazırda Nyu-Yorkda mer seçkiləri keçirilir. Demokrat namizəd Zöhran Mamdani ilə yanaşı vəzifə uğrunda keçmiş qubernator Endryu Kuomo və respublikaçı Kurtis Sliva da mübarizə aparır.
Əgər Mamdani qalib gəlsə, o, Nyu-Yorkun ilk müsəlman meri olacaq.