Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni məhv edəcək.
QÜTB.AZ xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Qərbə yönəlməsini şərh edərkən deyib.
"Ermənistan Avropa İttifaqı ilə təhlükəli oyun oynamağa başlayıb. Onu (Paşinyanı nəzərdə tutur) sakitləşdirin, Ermənistanı məhv edəcək. O, həm də Rusiyanı özünə qarşı qoyur. O, balaca ərazisi ilə mühasirəyə alınıb", - deyə Lukaşenko bildirib.