22.08.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

ABŞ onlara sanksiya tətbiq etdi

20 avq 2025 23:00
DÜNYA
ads
Advertisement

Amerika Birləşmiş Ştatları (ABŞ) Beynəlxalq Cinayət Məhkəməsində çalışan dörd şəxsə qarşı sanksiya tətbiq edib.

 

Qutb.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

 

Bildirilir ki, 2 hakim və 2 prokuror Haaqada yerləşən beynəlxalq müharibə cinayətləri tribunalında amerikalıların və israillilərin mühakimə olunmasında mühüm rol oynayıb.

 

Həmin hakimlər kanadalı Kimberli Prust və fransalı Nikola Qiyu, prokurorlar isə Ficidən olan Nazhat Şamem Xan və seneqallı Mame Mandiaye Nianqdır.

 

Qeyd edək ki, Tramp administrasiyası məhkəmənin baş prokuroru Kərim Xana qarşı da sanksiya tətbiq edib. Ötən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsinin hakimlər kollegiyası İsrailin Baş naziri Benyamin Netanyahu və onun keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə order verdikdən sonra ABŞ Prezidenti Donald Tramp tərəfindən məhkəməyə sanksiya tətbiq olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur