28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Moskva Vaşinqtonla dialoqa hazır olduğunu bildirdi: Bir şərti var

21 iyn 2024 14:00
GÜNDƏM
ads

Rusiya ABŞ-la təhlükəsizliklə bağlı dialoqa o halda hazırdır ki, Ukrayna məsələsi müzakirəyə çıxarılsın.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya dialoqa açıqdır, lakin bütün ölçüləri əhatə edən hərtərəfli dialoqa açıqdır. Üstəlik, Ukrayna məsələsi ilə bağlı ölçü də daxil olmaqla”, o qeyd edib.

Peskov əlavə edib ki, “Rusiya həmçinin Vaşinqtonun Ukrayna münaqişəsində iştirakını müzakirə etməyə də hazırdır”.

İyunun 7-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının Nüvə Silahlarının Yayılmaması Məsələləri üzrə baş direktoru Pranay Vaddi bildirib ki, Birləşmiş Ştatlar nüvə silahı məsələsində, xüsusən də onların yerləşdirilməsinə məhdudiyyətlərin saxlanılması sahəsində Rusiya ilə razıdır.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur