08.01.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

Kanadada hakimiyyət böhranı: Castin Trüdonu istefaya nə vadar edir?

06 yan 2025 15:00
GÜNDƏM
ads
Advertisement

Kanada mediası 2015-ci ildən ölkənin baş naziri vəzifəsini icra edən Castin Trüdonun istefaya qərar verdiyini və bunu ictimaiyyətə açıqlamağı düşündüyünü bildirib.

QÜTB.AZ xəbər verir ki, Trüdonun istefa verəcəyi xəbərini Kanadanın “Globe and Mail” qəzeti açıqlayıb.

“Globe and Mail” yazıb ki, 53 yaşlı Trüdonun doqquz illik hakimiyyətdən sonra Kanadanın hakim Liberal Partiyasının lideri vəzifəsindən istefa verəcəyini açıqlaması gözlənilir.

Mənbələr qəzetə bildiriblər ki, Trüdonun istefa qərarını nə vaxt açıqlayacağını dəqiq bilmirlər, lakin bunun çərşənbə günü Liberal partiyadan olan deputatların fövqəladə iclasından əvvəl baş verəcəyini gözləyirlər.

Trüdonun istefasının mümkün səbəbi Liberal Partiyasının dəstəyinin tədricən azalması və oktyabrda ölkədə keçiriləcək seçki anketlərində Mühafizəkarlar Partiyasının dəstəyinin güclü şəkildə artmasıdır. Liberal Partiyasının bir çox üzvü də sorğunun nəticələrindən narahat olub və Trüdonu istefaya çağırıb.

“Globe and Mail”in hesabatına görə, Trüdonun dərhal istefa verəcəyi, yoxsa partiyaya yeni lider seçilənə qədər baş nazir olaraq qalacağı bəlli deyil.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
137 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur