Nazim Bəydəmirlinin işi ilə bağlı yeni xəbər
Bu gün Şahdəniz konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan edib.
Qutb.az bu barədə bp Azərbaycan şirkətinə istinadən xəbər verir.
2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihədə məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olunmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%) və MVM (5,00%).