01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Sosial şəbəkələrdə yeni dələduzluq: Siz 450 manat qazandınız

05 yan 2024 07:00
GÜNDƏM
ads
Advertisement

İnsanların saflığından istifadə edərək onların pulunu mənimsəyən dələduzların sayı getdikcə artmaqdadır. Bu qədər xəbərdarlıqlara baxmayaraq nə onların sayı azalır, nə də onlara inananların . Bu gün sosial şəbəkələrdə dələduzluğun yeni növü meydana çıxıb və insanların kartında olan bütün məbləğ rahatlıqla mənimsənilir.

Publika.az xəbər verir ki, bununla bağlı saytmıza zərərçəkmiş şəxs məlumat verib.

Onun sözlərinə görə, “Lalafo” saytı adından ona mesaj gəlib. Mesajda “təbrik edirik, siz lalafo.az uduş müsabiqəsinin qalibi oldunuz və 450 manat qazandınız. Onu kartınıza əlavə edin” -yazılıb.

Və belə bir link göndərilib. https://kapitalbank.ltakke.site/885985

Linkə daxil olarkən kartın nömrəsi və telefon nömrəsi tələb olunub. Sonra isə nömrəyə gələn 4 rəqəmli kod. Kodu yazan kimi şəxsin kartında olan bütün pullar dələduzların hesabına keçib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur