13.05.25 | Bakı 17.41° C |
10:06:25
Lent :

Həmin təyyarəni Rusiya vurub - Qərar VERİLDİ

13 may 2025 04:00
DÜNYA
ads

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası 2014-cü ilin iyulunda baş verən MH17 reysi faciəsi ilə bağlı Rusiyanın məsuliyyət daşıdığını elan edib.

Qutb.az xəbər verir ki, qərar bu gün açıqlanıb.

Qərarda bildirilir ki, Rusiya Federasiyası Mülki Aviasiya üzrə Çikaqo Konvensiyasını pozub.

Bu qərar Niderland və Avstraliyanın 2022-ci ildə ICAO-ya təqdim etdiyi iddia əsasında qəbul edilib. Hər iki ölkə MH17 reysinin vurulmasına görə Rusiyanın beynəlxalq hüququ pozduğunu iddia etmişdi. ICAO Şurası onların xeyrinə qərar çıxarıb.

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp qərarı şərh edərək bildirib ki, bu qərar MH17 qurbanlarının yaxınları üçün ədalət və həqiqətin müəyyənləşməsi yolunda mühüm addımdır.

"Onların kədərini aradan qaldıra bilməsə də, bu, beynəlxalq ictimaiyyətə aydın mesajdır: dövlətlər beynəlxalq hüququ pozaraq cəzasız qala bilməzlər", - o qeyd edib.

ICAO-nun qərarı təşkilata üzv olan dövlətlərin səsverməsi nəticəsində qəbul olunub və üzvlərin əksəriyyəti Niderland və Avstraliyanın mövqeyini dəstəkləyib.

Yaxın həftələrdə ICAO Şurası bu hadisəyə görə hansı təzminat formasının tətbiq olunacağını müzakirə edəcək. Niderland və Avstraliya Rusiyanın onlarla danışıqlara başlamasını və bu prosesi ICAO-nun vasitəçiliyi ilə aparmasını tələb edir. Bu isə danışıqların səmərəli və vaxtında nəticə verməsi üçün zəruri sayılır.

Qeyd edək ki, ICAO Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumudur və 193 üzv dövləti birləşdirir. Çikaqo Konvensiyasına əsasən, dövlətlər hava məkanında mülki təyyarələrə qarşı silah istifadə edə bilməz. Konvensiyanın pozulub-pozulmadığını müəyyən etmək səlahiyyəti isə ICAO Şurasına məxsusdur.

Xatırladaq ki, MH17 reysi 17 iyul 2014-cü ildə Ukraynanın şərqində vurulmuş, hadisə nəticəsində təyyarədə olan 298 nəfər həlak olmuşdu.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.41° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur