“Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm”.
Publika.az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasında iştirak edən Rusiya Mərkəzi Seçki Komissiyasının üzvü Anton Lopatin Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
O bildirib ki, seçkinin növbədənkənar olmasına baxmayaraq, yüksək səviyyədə keçirilib: “Vaxtın az olmasına baxmayaraq, seçkilər yüksək səviyyədə təşkil edilmişdi. Elektron veb-kameralar da məntəqələrdə quraşdırılmışdı. Bu çox yaxşı hal idi. Seçkilər çox şəffaf idi. Hər kəs öz inandığı şəxsə səs verdi”.
Aysel Şahmar