26.09.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Qarabağda 24 milyon manatlıq tender - qalib şirkət elan edildi

26 sen 2025 03:00
İQTİSADİYYAT
ads

Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti növbəti iri tenderə yekun vurub.

Qutb.az xəbər verir ki, tenderi “Amal Group” MMC şirkəti udub.

Belə ki, şirkət dövlət qurumu ilə Qubadlı r.,Mahruzlu k.üzrə q/yaşayış binalarının,sahədaxili mühəndis kommunikasiya sistemlərinin (su,kanalizasiya,qaz xətləri,elektrik,rabitə şəbəkəsi və kənd daxili yollar)tikinti-quraşdırma işləri 23 milyon 782 min 656 manat dəyərində müqavilə bağlayıb. Tenderin ehtimal oluna qiyməti isə 26 milyon 425 min 192 manat olub.

“Amal Group”un qurumla satınalma müqaviləsi bağladığı bəzi müqavilələr aşağıdakılardır:

- Qubadlı rayonu, Zilanlı kəndi üzrə qeyri-yaşayış binalarının, sahədaxili mühəndis-kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənddaxili yollar ) tikinti-quraşdırma işləri - 29 milyon 89 min 399,13 manat,

- “Qubadlı rayonu, Mahruzlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması” - 24 milyon 286 min 451 manat,

- “Qubadlı rayonu, Zilanlı kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması” - 24 milyon 159 min 547 manat.

Qeyd edək ki, “Amal Group” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Orxan İbrahimli Asif oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı, Ev 44, Caspian Plaza 2-ci korpus,15-ci mərtəbə ünvanında yerləşir. (Mənbə: fed.az)

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur