"Porto"nun müdafiəçisi Pepe Çempionlar Liqasının 1/8 final mərhələsinin "Arsenal"la cavab oyununda meydana çıxıb.
Publika.az xəbər verir ki, portuqaliyalı futbolçu 41 yaşında Çempionlar Liqasında çıxış edən ilk meydan oyunçusu olub. Pepe fevralın 26-da 41 yaşını qeyd edib.
Çempionlar Liqası tarixində ondan yaşlı çıxış edən 4 futbolçunun hamısı qapıçı olub. Söhbət Mark Şvartser (2014-cü ildə 41 yaşında), Aleksandr Şovkovski (2016-cı ildə 41), Canluici Buffon (2020-ci ildə 42) və Marko Ballottadan (2007-ci ildə 43) gedir.
Pepenin “Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə yaşıd olması diqqət çəkib. İspaniyalı mütəxəssis futbolçu karyerasını 8 il əvvəl elə London klubunda başa vurub.
Qeyd edək ki, təcrübəli müdafiəçi Çempionlar Liqasında debütünü 2004-cü ildə "Porto"nun heyətində edib.
Heybət