Vaşinqton administrasiyası Ukraynaya silah-sursat da daxil olmaqla 125 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
O qeyd edib ki, paketə, xüsusən də "HIMARS" reaktiv yaylım atəş sistemləri, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, insan daşına bilən “Stinger” hava hücumundan müdafiə sistemləri, "AT-4", "TOW" və "Javelin" tank əleyhinə raket sistemləri üçün döyüş sursatları daxil olacaq.