20.09.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi!

19 sen 2025 22:00
İQTİSADİYYAT
ads

Fitch Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini BB səviyyəsində saxlayıb. ABB-nin Dayanıqlılıq reytinqi də bb səviyyəsində qiymətləndirilib. Reytinq proqnozu isə Pozitiv olaraq müəyyənləşib.  

Fitch ekspertlərinin rəyinə görə Bankın kredit portfelinin genişlənməsi orta müddətdə müvafiq templə davam edəcək, aktivlərin keyfiyyəti isə davamlı şəkildə möhkəm qalacaq.

ABB-nin Uzunmüddətli emitentin defolt reytinqinin BB səviyyəsi Bankın güclü daxili bazar mövqeyini, dayanıqlı balans strukturunu, möhkəm maliyyə göstəricilərini əks etdirir.

Güclü balans strukturu Bankın aktivlərinin keyfiyyətinin davamlı şəkildə artmasına, yüksək gəlirliliyinə şərait yaradır, möhkəm kapital mövqeyini və likvidliyini təmin edir. Agentliyin proqnozlarına görə, Bankın əməliyyat gəlirliliyi ortamüddətli perspektivdə də güclü səviyyədə qalacaq. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur