ABŞ Venesuelada keçirilən prezident seçkilərindən sonra 21 Venesuela rəsmisinə qarşı sanksiya tətbiq edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
"Bu gün Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Nikolas Maduro ilə əlaqəsi olan 21 təhlükəsizlik xidmətinin əməkdaşı və kabinet üzvünə sanksiya tətbiq edir", - deyə bildirilib.
Eyni zamanda, ABŞ Dövlət Departamenti Maduronu dəstəkləyən bir sıra Venesuela rəsmilərinə viza məhdudiyyəti qoyub.