“Biz media ilə sahibkarları bir araya gətirərək, onların arasındakı körpüyə az da olsa, “qığılcım” ola bildik”.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin tərəfdaşlığı, “Adalia Agency”nin təşkilatçılığı ilə həyata keçirilən “Sahibkarlıqda Media” Forumunda çıxış edən layihənin rəhbəri Dilşad Əhədova deyib.
Onun sözlərinə görə, “Sahibkarlıqda Media” Forumunun təşkilində məqsəd sahibkarlıq və media subyektlərini bir araya gətirməkdir:
“Forumun əvvəlindən sonuna kimi bizimlə olduğunuz üşün xüsusi təşəkkürümü bildirirəm. Şirkətimizin adı “Adalia”. Bu, italyan dilində “uğur böcəyi” deməkdir. Biz bu “uğur böcəyinin qanadları ilə gələcəkdə bir çox uğur əldə etmək, əməkdaşlıq etdiyimiz şirkətlərlə çox uzaq ölkələrə “uçmağı” niyyət edirik.
“Sahibkarlıqda Media” Forumunun təşkilində məqsədi daha çox insana çatmaqdır. Gördüyümüz kimi, sahibkarlarla media heç bir vaxt bu qədər birgə olmamışdı. Biz onları bir araya gətirmək qərarına gələrək, onların arasındakı körpüyə az da olsa, “qığılcım” ola bildik”.