Bakıya sulu qar yağacaq - Xəbərdarlıq!
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la Şimali Makedoniyanın “Şkendiya” komandaları arasında bu axşam keçiriləcək cavab matçına bilet satışı davam edir.
Qutb.az “Qarabağ”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün günortaya olan məlumata əsasən, oyuna 25000 bilet satılıb.
Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır. Bu biletləri əldə edən azarkeşlər VIP Lounge üstünlüklərindən yararlana biləcəklər.
Satış məntəqələri
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Xatırladaq ki, “Qarabağ” səfərdəki ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Cavab oyun bu gün Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.