02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Ermənistanın Türkiyə ilə bağlı planı – Lavrov açıqladı

18 okt 2024 19:00
DÜNYA
ads

Ermənistan münasibətləri normallaşdırmaq üçün Türkiyə tərəfi ilə birbaşa əlaqə qurmaq istəyir.

QÜTB.AZ xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda regional “3+3” platformasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya bu prosesin başlanmasına fəal töhfə verib, İran da ona qoşulub, lakin hazırda heç bir görüş nəzərdə tutulmur.

“Erməni həmkarlar fasilə verdilər ki, indi biz türklərlə birbaşa əlaqə saxlamalı və nə etmək lazım olduğunu başa düşməliyik”, - Lavrov deyib.

Rusiyalı nazir vurğulayıb ki, İrəvanla Ankara arasında münasibətlərin normallaşması istənilən halda Ermənistan-Azərbaycan danışıqları ilə bağlıdır, ona görə də görüşdə bu məsələləri bütövlükdə müzakirə etmək və cəlb olunmuş ölkələri tezliklə razılığa gəlməyə təşviq etmək təklif olunub.

“Rusiya və İran, öz növbəsində, birbaşa iştirakçıların marağı olarsa, yardım etməyə hazırdır”, - Lavrov yekunlaşdırıb.

Tural

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur