31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Avropa hava məkanını türk aviaşirkətinə BAĞLADI

30 mar 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Avropa İttifaqı Antalyada yerləşən "Southwind Airlines" aviaşirkətinə Rusiya ilə əlaqəsi olduğunu iddia edərək Avropa hava məkanından keçməsini qadağan edib.

Publika.az xəbər verir ki, "Southwind Airlines" Almaniyanın Berlin, Düsseldorf, Frankfurt, Hamburq, Münhen və Ştutqarta uçmağı planlaşdırıb.

Bundan əlavə, Yunanıstan da uçuş proqramına daxil edilib. Avropa mediası "Aerotelegraph.com"-a istinadən xəbər verir ki, Finlandiya Aviasiya Təşkilatının apardığı araşdırma, "Southwind"-in əksəriyyətinə sahiblik və faktiki nəzarətin Türkiyə vətəndaşları deyil, rusların olduğunu üzə çıxarıb.

Nəticədə Finlandiya Türkiyə aviaşirkətinə Antalya ilə Helsinki arasında uçuş icazəsi verməyib. Bundan başqa digər Avropa ölkələrinin özlərinin necə qərar verəcəyi sualı da ortaya çıxıb.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur