02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Nüvə silahından istifadə riski yüksəkdir - Medvedev

28 noy 2024 00:00
GÜNDƏM
ads
Advertisement

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədri Dmitri Medvedev nüvə silahından istifadə riskinin yüksək olduğunu və NATO hərbi bazalarına zərbələr endirmək ehtimalının olduğunu açıqlayıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə o, “Al Arabiya”ya müsahibəsində bildirib: “Risklər yüksəkdir. Lakin bu o demək deyil ki, bu risklər geri dönməzdir”.

Medvedev Rusiyanın Polşa və Rumıniyada NATO hərbi bazalarına zərbələr endirmək ehtimalı ilə bağlı sualı isə belə cavablandırıb:

“Konkret hərbi obyektlərə, hər hansı dövlətdəki bazalara gəlincə, hazırda münaqişə eskalasiya ssenarisi üzrə inkişaf edərsə, heç nəyi istisna etmək olmaz, çünki NATO-ya daxil olan dövlətlər əslində bu münaqişəyə tam şəkildə qoşulublar”.

Onun sözlərinə görə, NATO Ukraynada müharibə alovunu qızışdırmağı dayandırsa, bu münaqişəni bəşəriyyət üçün itkilər olmadan başa çatdırmaq olar.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur