28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Paşinyanın adamı Moskvanı “vurdu”

13 fev 2024 13:00
GÜNDƏM
ads

“Məgər bizim Rusiya ilə razılaşmamız, 9 noyabr tarixli bəyanatımız yox idi? Həmin razılaşmada Rusiya Federasiyası Qarabağ xalqının sülh və təhlükəsizliyinin təminatçısı kimi göstərilib. Bəs nə baş verdi?”.

Publika.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından deputat, Ermənistanın keçmiş müdafiə nazirinin müavini Qaqik Melkonyan parlamentdə jurnalistlərə bildirib.

O, Rusiyanı ittiham edib, bu ölkəyə etibarın olmadığını bildirib. “Hətta bizim əlimizdə bəzi ərazilər var idi ki, Qarabağda təhlükəsizliyin qarantı olacaqları ilə bağlı müttəfiqimiz Rusiyanın sözlərinə inanaraq bir güllə belə atmadan tərk etdik. Bəs sonumuz necə oldu? Qarabağın itirilməsi ilə nəticələndi.

İndi biz öz təhlükəsizliyimizi, yoxsa Zəngəzur dəhlizini yenidən Rusiyaya etibar edə bilərikmi? Əlbəttə edə bilmərik. Əgər biz yenidən Moskvada sülh müqaviləsi bağlasaq, o zaman bizim təhlükəsizliyimizin Qarabağdakı kimi olmayacağına hansı zəmanətimiz var?”, - deyə Melkonyan bildirib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur