02.05.24 | Bakı 19.03° C |
20:05:05
Lent :

Siyasi üstünlüyün növbəti Qələbəsi: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" - ŞƏRH

19:20 19.04.2024
SİYASƏT
ads

Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşü keçirilib.


Görüşdə Qazaxın işğal altında olan yeddi kəndindən dördünün Azərbaycana qaytarılması haqqında razılıq əldə edilib.


Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrdə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.


Məsələni QÜTB.AZ-a siyasi şərhçi Elmir Səftərov şərh edib. Onun sözlərinə görə, bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun və xalqımızın 44 günlük Vətən müharibəsindəki Zəfərinin Azərbaycana yaratdığı siyasi üstünlüyünün ardıcıl Qələbələrindən biridir:



"İkinci Qarabağ müharibəsindən sonra sərhəddə nəzarəti bərpa etdiyimiz yüksəkliklər, ötən ilin sentyabrda keçirilən bir günlük antiterror əməliyyatı, nəticəsində Xankəndinin, Xocalının, Ağdərənin, Əsgəranın və ətraf ərazilərin separatçılardan təmizlənməsi, bu günlərdə isə Rusiya sülhməramlılarının işğaldan azad edilmiş ərazilərdən çıxarılması qərarının verilməsi Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasətinin nəticəsidir".


Elmir Səftərov xatırladır ki, 2020-ci ilin oktyabrın 9-da müharibənin gedişində Azərbaycan xalqına müraciət edən dövlətimizin başçısı "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" demişdi:


"Keçən 3 ildən artıq zaman ərzində Prezident İlham Əliyev sözü imzası qədər dəyərli Lider olduğunu bütün dünyaya sübut etdi. Bunun nəticəsidir ki, bu ilin fevralın 7-də keçirilən seçkilərdə prezident İlham Əliyev inamlı qələbə qazanaraq növbəti dəfə dövlət başçısı seçildi. 


Bu gün hər bir Azərbaycan vətəndaşı, tarixi Qarabağ Zəfərinin ardınca gələn uğurlarımızın sevincini yaşayır, haqlı olaraq öz Ordusu və Lideri ilə qürur hissi keçirir".


TEGLƏR
Müəllif : Aynur Babayeva
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    114 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az