17.05.24 | Bakı 13.03° C |
15:05:27
Lent :

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

20:00 02.05.2024
ELM VƏ TƏHSİL
ads

İbtidai sinif, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat fənn müəllimləri “Metodist hazırlığı” müsabiqəsində iştirak etmək üçün dəvət olunurlar.

Təhsil İnstitutundan Publika.az-a bildirilib ki, metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:

- Pedaqoji təhsil;

- Ən azı 7 illik pedaqoji təcrübə;

- Sertifikasiya balı: 51-dən yuxarı (bu bənd sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərə aiddir);

- İKT bacarıqları;

- Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).

Qeydiyyatdan keçən və tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb ediləcəklər.

Müsabiqədə iştirak etmək istəyənlər mayın 6-dək linkə daxil olub qeydiyyatdan keçməlidirlər.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az