17.05.24 | Bakı 13.03° C |
12:05:20
Lent :

Yol olmadı, qadını xəstəxanaya qatarla çatdırdılar

18:00 02.05.2024
GÜNDƏM
ads

Rusiyanın Kareliya vilayətinin Şueretskoye kəndində yol olmadığından insult keçirmiş qadını kvadrtsikl və qatarla xəstəxanaya çatdırmaq məcburiyyətində qalıblar.

Publika.az xəbər verir ki, bu barədə “Podem” məlumat yayıb.

“Ora ilk dəfə idi ki, gedirdim, amma həmkarlarım zəng edib dedilər ki, onlar da ora bu yolla - qatarla çatıblar. Çünki nə Kemidən, nə də Belomorskdan yol yoxdur. Saat 19:20-də çatdıq. Stansiyadan evə qədər hələ üç kilometrə yaxın yol var”, - feldşer Veronika Tixonova bildirib.

Həkimlər rus qadını yumşaq xərəyə uzadaraq kvadratsklin qoşqusuna qoyublar.

Həkimləri xəstə ilə qatara buraxmayıblar, amma onu lokomotivin döşəməsinə uzatmağa icazə veriblər.

Tixonova bildirib ki, Şueretskoye kəndində əvvəllər yol olub, amma çayın üzərindən keçən körpü uçub və onu bərpa etməyiblər. Kənddəki feldşer-mama məntəqəsi də dağıdılıb və işləmir.

Əvvəllər Tula vilayətində həkimlər yolun olmaması ucbatından təcili yardım maşınından at arabasına keçməli olublar.

Tural


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az