17.05.24 | Bakı 13.03° C |
12:05:20
Lent :

Mirzoyan və Kuleba Azərbaycanla bağlı hansı məsələni müzakirə ediblər?

19:00 02.05.2024
GÜNDƏM
ads

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə News.am Ermənistan XİN-ə istinadla məlumat yayıb.

Həmsöhbətlər ikitərəfli münasibətlərin gündəliyi və siyasi dialoqla bağlı məsələləri müzakirə ediblər.

XİN rəhbərləri həmçinin regional məsələlərə də toxunublar.

Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq üçün səyləri vurğulayan Ararat Mirzoyan 1991-ci ildə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, o cümlədən sərhədlərin demarkasiyası prosesində ərazi bütövlüyü prinsipinə qeyd-şərtsiz hörmət edildiyini vurğulayıb. Bu məsələdə Alma-Ata Bəyannaməsinə və beynəlxalq tərəfdaşların, o cümlədən Ukrayna Xarici İşlər Nazirliyinin ifadə etdiyi mövqeyə sadiqliyin vacibliyi vurğulanıb.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az