21.05.24 | Bakı 13.03° C |
03:05:35
Lent :

İsrail kəşfiyyatı İranda “at oynadır”: Daha bir SEPAH zabiti öldürüldü

16:00 30.04.2024
GÜNDƏM
ads

İsrailin kəşfiyyat xidmətləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Danimarkada yəhudilərə qarşı terror aktının hazırlanmasında iştirak edən zabitini İranda məhv edib.

Publika.az xəbər verir ki, bu barədə müxalif İran beynəlxalq telekanalının jurnalisti Pouria Zeraati məlumat yayıb.

Məlumata görə, SEPAH zabiti bir neçə güllə ilə öldürülüb. Telekanal əməliyyatın təfərrüatları, öldürülən şəxsin kimliyi, həmçinin onun nə vaxt və dəqiq harada öldürüldüyü barədə məlumat vermir.

Terror aktının qarşısı 2023-cü ilin dekabrında Şin Bet və Mossadın iştirakı ilə Danimarka kəşfiyyat xidmətləri tərəfindən alınıb. Daha sonra Danimarkada HƏMAS-ın əmri ilə hərəkət edən və yəhudiləri öldürə biləcək hücum planlaşdıran yeddi yaraqlının həbs edildiyi barədə xəbərlər yayılmışdı.

Tural


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    117 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az