Müğənni Hadisə özündən 10 yaş kiçik iş adamı Mert Ayaydınla sevgili olması ilə bağlı yayılan xəbərlərdən danışıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 38 yaşlı sənətçi ötən gün restorandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb. Məşhur ifaçı Mert Ayaydının sevgilisi olmadığını bildirib.
"Ağlınıza görə xəbər yazırsınız. Mən dostlarımla yemək yeyə və əylənə bilərəm. Bu qədər" , - müğənni qəzəbli şəkildə deyib.