15.05.25 | Bakı 16.19° C |
10:06:25
Lent :

Putin İstanbula getməyəcək - RƏSMİ

15 may 2025 06:00
DÜNYA
ads

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar aparmaq üçün İstanbula gedəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Qutb.az xəbər verir ki, siyahıya prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Sənəd Kremlin saytında dərc olunub.

Həmçinin nümayəndə heyətinin üzvləri arasında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin var.

Bundan əlavə, prezident danışıqlar üçün ekspertlərin tərkibini təsdiqləyib. Siyahıda Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini Aleksandr Zorin Prezidentin Humanitar sahədə Dövlət Siyasəti İdarəsinin rəis müavini Yelena Podobreevskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini Viktor Şevtsov.var.

Putinin özü siyahıda yoxdur. Qeyd edək ki dnışıqların mayın 15-də keçirilməsi planlaşdırılır. Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyətinə özü rəhbərlik edəcəyini bildirib. O, İstanbulda Putini gözləyəcəyini qeyd edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.19° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur