"Milyonçular “sevinclərini əlindən alıblar” və onlar heç vaxt gülümsəmirlər, çünki çox narahatdırlar".
QÜTB.AZ xəbər verir ki, bunu Rus Pravoslav Kilsəsinin keşişi Andrey Tkaçov ayin zamanı deyib.
Keşişin sözlərinə görə, alış-verişdən, narkotikdən və spirtli içkidən gələn sevinc real deyil, buna görə də uzun sürmür. O qeyd edib ki, bir çox kasıblar bu baxımdan zənginlərdən daha xoşbəxtdirlər.
"Bəzən bir nənənin pensiyası üç qəpik olur, amma o, şüa kimi parlayır", - Tkaçov deyib.
Hüseyn İbadlı