18.09.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Lukaşenko özünə varis axtarır

18 sen 2025 01:01
DÜNYA
ads

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən görüşdə ölkə başçısı postuna potensial varis axtardığını bildirib.

Qutb.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

“Gələcək prezidentləri də cəmiyyətdə axtarıram və görmək istəyirəm. Amma çox şəxslərə baxıram və başa düşürəm ki, bunu daşımaq mümkün olmayacaq. Yeni adam prezident olana qədər zaman lazımdır. Əgər səndə prezidentlik bacarığı təbiətən yoxdursa, Belarusa girmə”, – deyə Lukaşenko bildirib.

O vurğulayıb ki, ölkə ətrafındakı vəziyyət gərgin olaraq qalır və belə şəraitdə Belarusa “barıt qoxusu duymuş möhkəm kişi” rəhbərlik etməlidir.

“Bu, mənim mövqeyimdir. O, qadınlara dərin hörmət bəsləməlidir. Qadın təbiətin yaratdığı nümunədir”, – Lukaşenko deyib.

Qeyd edək ki, iyul ayında “Time” dərgisinə müsahibəsində Lukaşenko oğlu Nikolayın prezident postuna varis kimi görülməməsini xahiş etmiş və Belarusun növbəti liderinin indiki siyasətdən fərqli kurs apara biləcəyini istisna etməmişdi.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur