Azərbaycan 2023-cü ildə İtaliyanın ən böyük neft tədarükçüsü olub.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.
"2023-cü ildə Azərbaycan İtaliyaya təxminən 11,3 milyon ton neft tədarük edib ki, bu da 2022-ci illə müqayisədə 25% çoxdur", - məlumatda qeyd olunur.