Elzadan meyxanaçılara: "Ana-bacılarını ortalığa qoyurlar"
"Bəzi meyxanaçılar bizim uşaqlarımızın dinlərini, imanlarını, tərbiyələrini pozurlar".
Qütb.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Şəbnəmlə iç üzü" "Youtube" verilişində deyib.
Uzun müddətdir ki, meyxanaçılarla qalmaqal yaşayan sənətçi söz ustadlarının bostanlarını daş-qalaq edib:
"Onlar söz tapmayanda küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər".