Türkiyənin Adana şəhərində yaşayan bir gözü mavi, digər gözünün yarısı mavi, yarısı qəhvəyi rəngdə olan uşaq görənləri heyrətə gətirir.
Publika.az xəbər verir ki, Mərkəz Seyhan mahalının Kavaklı məhəlləsində yaşayan Cebrail (38) və Özlem (36) Yalçınkaya cütlüyünün övladı Fatih (9) iki fərqli göz rəngi ilə dünyaya gəlib.
Fateh yeni dünyaya gələndə sağ gözünün göy, sol gözünün isə qəhvəyi və göy rəngdə olması ailəni təşvişə salıb. Lakin həkimlər
Fatehin görmə probleminin olmadığını, bunun sadəcə heteroxromiyadan qaynaqlandığını bildiriblər.
Dostlarının onu Van pişiyinə bənzətdiyini deyən Fatih "iki rəngli gözə öyrəşmişəm. Bəzi insanlar çox təəccüblənir, mənimlə şəkil çəkdirirlər. Ailəmdə heç kimin mavi gözləri yoxdur. Bu, Tanrının mənə hədiyyəsidir", - deyə qeyd edib.
(Medicina.az)