14.03.25 | Bakı 11.24° C |
10:06:25
Lent :

Azərbaycan və Gürcüstan Milli Bankı arasında memorandum imzalandı

06 mar 2025 13:00
İQTİSADİYYAT
ads

Azərbaycan Mərkəzi Bankı və Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

Qutb.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” Sosial şəbəkə hesabında bildirib.

“Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq.

Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq.

Əməkdaşlıq əlaqələrinin daha da gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzaladıq. Bu memorandum hər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın inkişafına və maliyyə sektorlarının möhkəmlənməsinə töhfə verəcək. Əminik ki, bu əməkdaşlıq uzunmüddətli və uğurlu olacaq” - deyə AMB sədri paylaşımda qeyd edib.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.24° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur