Gündəlik həyatımızda, demək olar ki, hər evdən çıxanda tanımadığımız dostlarımızı görürük.
Market qapılarında, oturacaqların altında, dayanacaqlarda qarşılaşıb, yanlarından ötdüyümüz sahibsiz heyvanlar. Evsiz, qayğısız və biz daxil, qorunmalı, mübarizə aparmalı olduqları yüzlərlə təhlükə.
Bəs onlarsız hər şey necə olardı?!
Onlarsız bir həyatı təsəvvür etmək əvəzinə, biz də onların həyatına baş çəkmək qərarına gəldik.Üz tutduq IDEA Heyvanlara Qayğı mərkəzinə. Burada bizim sevgimizi, qayğımızı gözləyən kiçik qəlblər və onların qəhramanları ilə görüşdük.