24.07.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Avro 2 manatadək bahalaşdı: dolların məzənnəsində isə...

23 iyl 2025 17:00
İQTİSADİYYAT
ads

Azərbaycanda avronun məzənnəsi iki manata yaxınlaşır. Bu gün Mərkəzi Bankın açıqladığı məzənnədə 1 avro 1,9949 manat olaraq göstərilib.

Qutb.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda avronun məzənnəsi ayrıca müəyyən olunmur. Manat əsasən dollar indekslidir, yəni məzənnə ABŞ dollarına bağlı şəkildə tənzimlənir. 

O bildirib ki, dolların digər valyutalara, o cümlədən avroya qarşı məzənnəsi dəyişdikdə, bu dəyişiklik dolayı yolla manata da təsir edir. 

“Belə ki, son dövrlərdə avro dollar qarşısında bahalaşdığı üçün paralel olaraq manat qarşısında da dəyər qazanır. Lakin avronun məzənnəsi bizdə birbaşa müəyyən edilmədiyi üçün onun təsiri məhduddur”. 

İqtisadçının sözlərinə görə, avro bahalaşsa da, 2025-ci il ərzində dolların məzənnəsində ciddi dəyişiklik olacağı gözlənilmir.

Aytac Bəhruzqızı

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur