“Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk növbəti dəfə Azərbaycan klubundan ayrılması barədə danışıb.
QÜTB.AZ xəbər verir ki, təcrübəli mütəxəssis Ukrayna mətbuatına açıqlamasında 9 turluq qələbəsizlikdən sonra ayrılmağın normal olduğunu bildirib:
“Neftçi”dən təklif mənim üçün gözlənilməz olmuşdu. Həmin vaxt xarici variantları düşünmürdüm, Ukraynada qalmaq istəyirdim. Qərar vermək çox çətin idi. 4-5 gün düşündüm. Seçimimdə həlledici rol “Neftçi” ilə çempion olacağımıza və Çempionlar Liqasında iştirak edəcəyimizə ümid bəsləməyim idi. Ancaq ilk 9 turda qələbə qazanmadıqdan sonra qarşılıqlı qərarımız fərqli ola bilməzdi”.
Qutb