28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Rüşvət alan məmurlara hökm oxundu

03 iyl 2023 07:25
GÜNDƏM
ads
Advertisement

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rüşvət almada təqsirləndirilən əməkdaşlarının məhkəməsi başa çatıb.


Məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları Aydaş Məmmədov və Mirhəmid Ağayevə hökm oxunub.


A.Məmmədov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 və 313-cü (rüşvət alma və vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Ona 2 il 6 ay dövlət qurumlarında vəzifə tutmaq qadağan edilməklə 8 il 6 ay müddətə həbs cəzası verilib.


Mirhəmid Ağayev isə rüşvət almada iştirak etmə və vəzifə saxtakarlığında təqsirli bilinib. Ona 1 il 6 ay vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay həbs cəzası verilib.


Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda onların 2019-2022-ci illər ərzində Abşeron rayonu ərazisində müvafiq torpaq sahələrinə aid sxemlərin təsdiqi, texniki pasport və çıxarışların verilməsi müqabilində müraciət etmiş ayrı-ayrı şəxslərdən rüşvət almaları bildirilib. Onlarla yanaşı iki makler də saxlanılıb.


Qanunsuz əməllərin üzə çıxmasından sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin müdir müavini Etibar Qasımov və 10-a yaxın işçi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Mətin Eynullayev tərəfindən işdən çıxarılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur